Azərbaycanda yoxsulluq səviyyəsi 9,1 faizə düşüb
Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorundan Lent.az-a bildiriblər ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlar Milli Konfederasiyası və digər müvafiq təşkilatlarla birgə keçirilən müşavirəyə nazirliyin aparat rəhbərliyinin müavini, Dövlət Məşğulluq Xidməti, Dövlət Əmək Müfəttişliyi Xidməti, onların yerli bölmələri, Beynəlxalq Əməkdaşlıq şöbəsi, Miqrasiya İdarəsi və digər aidiyyəti təşkilatların nümayəndələri də qatılıb. Müşavirənin keçirilməsində məqsəd, əhalinin məşğulluğu və işçilərin hüquqlarının müdafiəsinin gücləndirilməsi sahəsində neqativ halların aradan qaldırılmasına yönəlib. Müşavirədə qeyd olunub ki, 2011-ci ilin yanvar ayında ölkəmizdə əhalinin adambaşına gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 12,8 faiz, muzdla işləyən işçilərə hesablanmış orta aylıq əmək haqqı isə 9,5 faiz artıb. Yoxsulluq səviyyəsi bir qədər də azalaraq 9,1 faizə düşüb.
2010-cu il ərzində Məşğulluq Xidməti orqanlarına müraciət etmiş 54 023 nəfərdən 39 922 nəfəri müvafiq qaydada qeydiyyata alınıb. Onlardan 28 362 nəfəri münasib işlə təmin edilib, 3921 nəfəri isə peşə hazırlığı kurslarına cəlb olunub. Peşə hazırlığına cəlb olunanların 51 faizi, yəni 2000 nəfəri son illərdə Bakı, Naxçıvan şəhərlərində və Göyçay rayonunda istifadəyə verilmiş Regional Peşə Tədrisi Mərkəzlərində peşə kursu keçib.
Elxan SALAHOV

Oxşar yazılar

5 BÜRCÜ güclü dəyişiklik dalğası bürüyəcək: Bu gündən
7 may 2025 , 18:38
“Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” sosial layihəsi keçirilib
7 may 2025 , 17:30
Meteohəssas insanlar üçün sabahın PROQNOZU
7 may 2025 , 16:32
Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
7 may 2025 , 16:13
Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? – SƏBƏB
7 may 2025 , 16:04
Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu bu tarixdə yola düşəcək
7 may 2025 , 13:35
Leysan yağacaq - Sabahın HAVASI
7 may 2025 , 12:15