Binəqədidə qəsəbələrin inkişafı ilə bağlı iclas keçirilib
Lent.az-ın məlumatına görə, RİH başçısı Alı Qocayev “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı” çərçivəsində Bakı şəhərinin hər yerində olduğu kimi Binəqədi rayonunda da mühüm işlərin görüldüyünü, 5 qəsəbə üzrə 4 yeni məktəbin, 15 yeni tədris korpusunun, 3 yeni uşaq bağçasının, təcili tibbi yardım xidməti və poliklinikası olan tibb mərkəzinin tikilib istifadəyə verildiyini, 14 məktəb, 8 uşaq bağçasının, 2 səhiyyə və 1 mədəniyyət müəssisəsinin əsaslı təmir edildiyini diqqətə çatdırıb.
Qəsəbələrin elektrik enerjisi və təbii qazla təchizat sisteminin yenidən qurulduğunu, istilik enerjisi və su təchizatında böyük işlərin görüldüyünü və görüləcəyini qeyd edən Alı Qocayev rayonun qəsəbədaxili yollarının, M.Ə.Rəsulzadə, Biləcəri və Binəqədi qəsəbələrinin ərazisindən keçən bağ massivlərini və Abşeron rayonunun qəsəbələrini birləşdirən Binəqədi şosesinin yenidən qurulmasının, yeni iş yerlərinin açılması məqsədilə sahibkarlara münbit şəraitin yaradılmasının vacibliyini qeyd edib.
Tədbirdə Xocasən bələdiyyəsinin sədri Sara Əbilova, 28 May qəsəbəsinin icra nümayəndəsi Yusif Haqverdiyev, M.Ə.Rəsulzadə qəsəbə sakini Məhərrəm Hacıyev, millət vəkili Rafael Cəbrayılov çıxış ediblər.
Tədbirdə sadalanan problemlər və həllini gözləyən digər məsələlər haqqında müvafiq təkliflərin Bakı Şəhər İcra Hakimiyyətinə təqdim edilməsi haqqında qərar qəbul olunub.

Oxşar yazılar

5 BÜRCÜ güclü dəyişiklik dalğası bürüyəcək: Bu gündən
7 may 2025 , 18:38
“Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” sosial layihəsi keçirilib
7 may 2025 , 17:30
Meteohəssas insanlar üçün sabahın PROQNOZU
7 may 2025 , 16:32
Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
7 may 2025 , 16:13
Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? – SƏBƏB
7 may 2025 , 16:04
Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu bu tarixdə yola düşəcək
7 may 2025 , 13:35
Leysan yağacaq - Sabahın HAVASI
7 may 2025 , 12:15