“Azəriqaz” 10 gün ərzində gücləndirilmiş rejimdə işləyəcək
“Azəriqaz” İstehsalat Birliyi Novruz bayramı münasibəti ilə 18-28 mart 2011-ci il tarixlərində gücləndirilmiş iş rejimində işləyəcək. İstehsalat Birliyindən Lent.az-a bildiriblər ki, gücləndirilmiş iş rejiminə keçidin məqsədi bayram günlərində abonentləri davamlı və keyfiyyətli şəkildə qaz yanacağı ilə təmin etməkdir. Artıq tədbirlər planına uyğun olaraq, istehlakçıların təbii qazla fasiləsiz təmin edilməsi üçün zəruri addımlar atılıb.
“Azəriqaz”da bildirirlər ki, qurumun əməkdaşları 10 gün ərzində növbəlilik əsasında 24 saat iş rejimində işləyəcək. Həmçinin 104 və 185 saylı məlumat-xidmət telefonları da abonentlərin fasiləsiz istifadəsində olacaq.
“Azəriqaz” İstehsalat Birliyi hər hansı xoşagəlməz hadisənin baş verməməsi üçün bayram günlərində bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir.
Elxan SALAHOV

Oxşar yazılar

5 BÜRCÜ güclü dəyişiklik dalğası bürüyəcək: Bu gündən
7 may 2025 , 18:38
“Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” sosial layihəsi keçirilib
7 may 2025 , 17:30
Meteohəssas insanlar üçün sabahın PROQNOZU
7 may 2025 , 16:32
Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
7 may 2025 , 16:13
Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? – SƏBƏB
7 may 2025 , 16:04
Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu bu tarixdə yola düşəcək
7 may 2025 , 13:35
Leysan yağacaq - Sabahın HAVASI
7 may 2025 , 12:15