Qanunsuz ovçuluqla bağlı 4 fakt aşkarlanıb
Lent.az nazirliyin internet saytına istinadən xəbər verir ki, reydlər zamanı Qızılağac Dövlət Təbiət Qoruğunda keçirilən reyd zamanı qanunsuz balıq ovu ilə məşğul olan Masallı rayon Qızılağac kənd sakini Musabala Əliyev saxlanılıb. Bu zaman ondan 1 taxta qayıq, 1 taxta qayıq avarı, 1 elektrik gücləndiricisi, 1 akkumulyator və 13 külmə balığı aşkar edilərək götürülüb. Həmin şəxs barəsində müvafiq qaydada akt tərtib olunmuş və əməlində cinayət tərkibi olduğu üçün tərtib edilmiş sənədlər Su Nəqliyyatında Lənkəran Rayon Xətt Polis Şöbəsinə göndərilib.
Bundan başqa, Mahmudçala Ovçuluq Təsərrüfatı ərazisində qanunsuz ovla məşğul olan Biləsuvar rayonu Bəydili kənd sakini Nicat Əzizov və Xırmandalı kənd sakini Şahin Kazımov saxlanılaraq hər birindən 1 ədəd ov tüfəngi götürülüb. Həmin şəxslər barəsində müvafiq akt və protokol tərtib edilərək hər biri inzibati qaydada 1000 manat məbləğində cərimə olunublar.
Reydlər zamanı Zaqatala rayonu Donbabinə kəndinin “Qırğıllıbinə” adlanan sahəsində də qanunsuz ovla məşğul olan Masxarabinə kənd sakini Kazım İmamhüseynov saxlanılıb. Ondan 1 ov tüfəngi götürülərək akt və protokol tərtib olunub və həmin şəxs 1000 manat məbləğində cərimə edilib.
Oğuz rayonu ərazisində keçirilən reyd zamanı Sincan kənd sakini Mehman Abdulqədirov qanunsuz ov edərkən saxlanılmış və ondan 1 ov tüfəngi götürülüb. Həmin şəxs barəsində akt və protokol tərtib edilib və 1000 manat məbləğində cərimə olunub.

Oxşar yazılar

5 BÜRCÜ güclü dəyişiklik dalğası bürüyəcək: Bu gündən
7 may 2025 , 18:38
“Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” sosial layihəsi keçirilib
7 may 2025 , 17:30
Meteohəssas insanlar üçün sabahın PROQNOZU
7 may 2025 , 16:32
Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
7 may 2025 , 16:13
Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? – SƏBƏB
7 may 2025 , 16:04
Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu bu tarixdə yola düşəcək
7 may 2025 , 13:35
Leysan yağacaq - Sabahın HAVASI
7 may 2025 , 12:15