Yubiley Kuboku baş tutdu
Lent.az-ın məlumatına görə, oyundan öncə yarış iştirakçıları qarşısında çıxış edən məşhur bilici Balaş Qasımov, Xəzər Klubunun sədri Seymur Teymurov və Bakı Biznes Mərkəzinin direktoru Seyran Məmmədov iştirakçılara uğurlar arzulayıblar.
Turnirdə ölkəmizin 2 şəhərinin 5 intellektual klubunu əhatə edən 33 komanda mübarizə aparıb. Saat 10:00-da start götürən oyun 60 sualdan ibarət çox maraqlı turnir kimi yadda qalıb. Oyun boyu maraqlı sürprizlər, gözlənilməz nəticələrlə yanaşı suallar və onun əhatə etdiyi mövzular diqqətçəkən olub. Nəzərə alınacaq bir cəhət də təcrübəli komandalarla başabaş mübarizə aparan gənc “intellekt cəngavərləri”nin peyda olması idi. İqtisadi İnkişaf Nazirliyinin Azərbaycanın sosial-iqtisadi inkişafını əks etdirən təqdimat iştirakçıların xüsusi marağı ilə qarşılaşıb.
Uzun marafonun sonunda qaliblər kubok, diplom və fəxri fərmanlarla mükafatlandırılıblar. Xəzər İntellektual Gənclər Klubu İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə mütəmadi xarakter daşıyan intellektual oyunlar üzrə turnirlərin daha da intensivləşdirilməsi planlaşdırır.

Oxşar yazılar

İndi hərəkətə keçməli olan 4 BÜRC: Sonra çox gec olacaq
14 may 2025 , 00:02
Doğum evində 14 tibb bacısı eyni vaxtda hamilə qaldı
13 may 2025 , 19:59Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
13 may 2025 , 19:07
Yalnız bu BÜRCLƏR şanslı bilet alacaq: Seçilmişlər kimlərdir?
13 may 2025 , 18:41Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA
13 may 2025 , 18:36
Nərgiz gülü qonşular arasına ədavət saldı - Bələdiyyə müdaxilə etdi
13 may 2025 , 18:27
Şirvanda istifadəsiz qalan zavodları hissə-hissə söküb OĞURLAYIRLAR - VİDEO
13 may 2025 , 18:04