TQDK Rusiya Xalqlar Dostluğu Universitetinə magistraturaya qəbul elan etdi
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011/2012-ci tədris ili üçün Rusiya Xalqlar Dostluğu Universitetinə Filologiya ixtisaslaşması üzrə magistraturaya Azərbaycan Respublikası vətəndaşları üçün ayrılmış yerlərə qəbul elan edib.
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, magistraturaya “HS 020300” Xarici dil və ədəbiyyat (rus dili və ədəbiyyatı), “HS 020400” Xarici dil (rus dili), “HS 040300” Tərcümə (rus dili) ixtisasları üzrə bakalavr və ya digər ali təhsili olan, orta qiymət balı 4-dən (100 ballı şkalada 70-dən) aşağı olmayan və bu il fevralın 20-də keçirilən magistraturaya qəbul imtahanının birinci mərhələsində ən azı 50 bal toplayan vətəndaşları sənəd verə bilərlər.
Ali təhsil müəssisələrinin magistrantları və magistr təhsili olanlar, eyni zamanda hərbi çağırışdan möhlət hüququ olmayanlar sənəd vermək hüququna malik deyillər. Namizədlər TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında (SQK)qeydiyyatdan keçməlidirlər Qeydiyyat 2011-ci il may ayının 11 dən 18-dək hər gün (bazar günü istisna olmaqla) saat 10:00-dan 17:00-dək aparılır.
Qeydiyyatdan keçmək üçün namizədlər SQK-ya aşağıdakı sənədləri təqdim edirlər:
1) Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanlarında iştirak etmək üçün SQK-da təsdiq olunmuş “Elektron ərizə”ni;
2) ali təhsili haqqında sənədin əslini (2011-ci ilin məzunları bakalavr haqqında arayışı);
3) Şəxsiyyət vəsiqəsini;
4) Hərbi bilet və ya çağırışçı şəhadətnaməsini;
Namizədlər yazılı imtahan verməli və müsahibədən keçməlidirlər. İmtahan mayın 21-də keçiriləcək və təklif olunan mövzu üzrə rus dilində inşa yazılması tələb olunacaq. Bakalavrlara ədəbi əsərlərin materialları və ya siyasi, iqtisadi, ictimai və ya mədəni həyat sahələrində baş verən aktual hadisə və proseslər, həmçinin respublikamız və görkəmli şəxsiyyətlərimiz, dili öyrənilən ölkələr və onların məşhur şəxsiyyətləri, beynəlxalq münasibətlər, təhsil, ixtisas seçimi, ətraf mühit, mənəviyyat və bütün bəşəriyyəti narahat edən digər qlobal problemlər haqqında müstəqil mühakimə yürütmək bacarığını nümayiş etdirməyə imkan verən mövzu təklif olunur. İnşa yazıda bakalavr öz fikirlərini aydın və savadlı ifadə etməlidir. İnşa yazı 2–4 səhifə həcmində olmalıdır.
“İmtahana buraxılış vərəqəsi” namizədlərə 19 və 20 may 2011-ci il tarixlərində veriləcəkdir. Yazı işi 50 ballı şkalada qiymətləndirilir. 30 və daha çox bal toplayanlar müsahibəyə buraxılırlar. Müsahibə 2011-ci il mayın 23-də keçiriləcəkdir. Müsahibədə məqbul alanlar ixtisaslaşma seçiminə və müsabiqəyə buraxılırlar. Müsabiqə magistraturaya qəbul imtahanının birinci mərhələsi və yazı işindən toplanılan balların cəminə əsasən aparılacaq. Ümumi balı eyni olan bakalvrlardan yazı işindən daha çox bal toplayana üstünlük verilir.
Qəbul olunanlar aşağıda göstərilən sənədləri hazırlayacaqlar:
1. Milli pasport;
2. RF ali təhsil müəssisələrində təhsil almaq istəyən xarici vətəndaş üçün anket (Anket formasını TQDK-dan əldə etmək olar);
3. Ali təhsil haqqında sənədin əslini (2011-ci ilin məzunları bakalavr haqqında arayışı);
4. Tibbi arayış;
5. 2 ədəd yeni cəkilmiş 3X4 sm ölçüdə fotoşəkil.
Təhsil ödənişsizdir. Yataqxana və digər xərclər təhsil alan tərəfindən ödənilməlidir. Qəbul olunanların illik tibbi sığortalanması məcburidir. Magistrantlar həm Rusiya, həm də Azərbaycan tərəfindən aylıq təqaüdlə təmin olunacaqlar. Qəbul olunanların sənədləri Rusiya tərəfinə təqdim etmək üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunacaq.
Azərbaycan Respublikasının vətəndaşları Rusiya Xalqlar Dostluğu Universitetinə qəbul olunduqları təqdirdə 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına keçirilən qəbul imtahanında iştirak etmək hüququnu itirəcəklər.

Oxşar yazılar

İndi hərəkətə keçməli olan 4 BÜRC: Sonra çox gec olacaq
14 may 2025 , 00:02
Doğum evində 14 tibb bacısı eyni vaxtda hamilə qaldı
13 may 2025 , 19:59Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
13 may 2025 , 19:07
Yalnız bu BÜRCLƏR şanslı bilet alacaq: Seçilmişlər kimlərdir?
13 may 2025 , 18:41Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA
13 may 2025 , 18:36
Nərgiz gülü qonşular arasına ədavət saldı - Bələdiyyə müdaxilə etdi
13 may 2025 , 18:27
Şirvanda istifadəsiz qalan zavodları hissə-hissə söküb OĞURLAYIRLAR - VİDEO
13 may 2025 , 18:04