Səhiyyə Nazirliyinin milli koordinatoru təyin olundu
Səhiyyə Nazirliyi 2011-2020-ci illərdə Yol Hərəkəti Təhlükəsizliyinin Təmin Edilməsi üzrə Onillik Fəaliyyət üçün Azərbaycanda bu mühüm təşəbbüsün həyata keçirilməsi ilə bağlı fəaliyyətləri əlaqələndirəcək Milli Koordinatoru təyin edib.
Lent.az-ın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, milli koordinator çoxsahəli Milli Tədbirlər Planının işlənib hazırlanmasının əlaqələndirilməsinə də cavabdehlik daşıyacaq. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ölkə üzrə Nümayəndəliyi və digər tərəfdaşlarla əməkdaşlıq əsasında Azərbaycanda 2011-2020-ci illərdə Yol Hərəkəti Təhlükəsizliyinin Təmin Edilməsi üzrə Onillik Fəaliyyətə təkan verəcək mühüm tədbiri, eləcə də bir sıra kommunikasiya fəaliyyətlərini təşkil etməkdədir.
Xatırladaq ki, BMT Baş Assambleyasının 2011-2020-ci illərdə Yol Hərəkəti Təhlükəsizliyinin Təmin Edilməsi üzrə Onillik Fəaliyyəti bəyan edən qətnaməsi (A/64/255) Rusiya Federasiyası Hökuməti tərəfindən təqdim edilib və 90-dan çox ölkə tərəfindən dəstəklənib. 2011-2020-ci illərdə Yol Hərəkəti Təhlükəsizliyinin Təmin Edilməsi üzrə Onillik Fəaliyyət bütün dünyada nəqliyyatın hərəkəti ilə bağlı artmaqda olan ölüm və xəsarət hallarının qarşısını almaqla, insan həyatını xilas etmək məqsədi daşıyır.
Hesablamalara görə, hər il dünyada avtomobil qəzaları nəticəsində 1,3 milyondan çox insan həyatını itirir. ÜST-ün Avropa Regionunda 120 min insan avtomobil qəzaları nəticəsində həlak olur və 2 milyondan çox insan xəsarət alır və əmək qabiliyyətini itirir. Bu da ümumilikdə milli səhiyyə sistemlərinin və təşkilatlarının üzərinə böyük yük qoyur.

Oxşar yazılar

İndi hərəkətə keçməli olan 4 BÜRC: Sonra çox gec olacaq
14 may 2025 , 00:02
Doğum evində 14 tibb bacısı eyni vaxtda hamilə qaldı
13 may 2025 , 19:59Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
13 may 2025 , 19:07
Yalnız bu BÜRCLƏR şanslı bilet alacaq: Seçilmişlər kimlərdir?
13 may 2025 , 18:41Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA
13 may 2025 , 18:36
Nərgiz gülü qonşular arasına ədavət saldı - Bələdiyyə müdaxilə etdi
13 may 2025 , 18:27
Şirvanda istifadəsiz qalan zavodları hissə-hissə söküb OĞURLAYIRLAR - VİDEO
13 may 2025 , 18:04