
“Jurnalistlər üçün hüquqi terminlər lüğəti” təqdim edildi
Lent.az-ın məlumatına görə, tədbirdə müxtəlif KİV rəhbərləri, tanımış hüquqşünaslar və ictimai xadimlər iştirak edib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri, ədliyyə müşaviri Eldar Sultanov bu lüğətin jurnalistlər üçün qiymətli vəsait olacağını və stolüstü kitaba çevriləcəyini bildirib. Mətbuat Şurasının sədri Əflatın Amaşov isə 1000 tirajla çap olunmuş lüğətin daha sonra nüsxələrinin artırılacağını söyləyib. 2005-ci ildə bu tip vəsaitin hazırlandığını qeyd edən Ə.Amaşov yeni hazırlanmış lüğətin daha ətraflı və məzmunlu olduğunu deyib. Azərbaycan Hüquqşünaslar Konfederasiyasının və Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə hazırda “Müasir Hüquq Ensklopediyası” adlı vəsait hazırladıqlarını və tezliklə onu da ictimaiyyətə təqdim edəcəklərini bildirib.
Qeyd edək ki, “Jurnalistlər üçün hüquqi terminlər lüğəti” bütün redaksiyalara və aidiyyatı qurumlara paylanılacaq. Bu kitabdan tələbə və professor-müəllim heyəti də istifadə edə bilər.
Nizam RZA
Qeyd edək ki, “Jurnalistlər üçün hüquqi terminlər lüğəti” bütün redaksiyalara və aidiyyatı qurumlara paylanılacaq. Bu kitabdan tələbə və professor-müəllim heyəti də istifadə edə bilər.
Nizam RZA
Oxşar yazılar

Bakının bu rayonunun işığı kəsiləcək
14 may 2025 , 09:39
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
14 may 2025 , 08:37
İndi hərəkətə keçməli olan 4 BÜRC: Sonra çox gec olacaq
14 may 2025 , 00:02
Doğum evində 14 tibb bacısı eyni vaxtda hamilə qaldı
13 may 2025 , 19:59Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
13 may 2025 , 19:07
Yalnız bu BÜRCLƏR şanslı bilet alacaq: Seçilmişlər kimlərdir?
13 may 2025 , 18:41Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA
13 may 2025 , 18:36