Ədliyyə Nazirliyi işə qəbulla bağlı imtahan keçirəcək
Ədliyyə orqanlarına işə qəbul üzrə Müsabiqə Komissiyası builki müsabiqə üzrə test imtahanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə may ayının 21-də saat 10.00-da şəffaflığın artırılması məqsədilə bütün namizədlər üçün vahid auditoriyada - Azərbaycan Texniki Universitetinin idman sarayında, Bakı şəhəri, A.Sultanova küçəsi 5 ünvanında keçiriləcək. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, prosedur qaydalarının təmin olunması üçün namizədlər imtahanın başlanmasına azı bir saat qalmış gəlməlidirlər.
Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni may ayının 19-dan etibarən şəxsiyyət vəsiqəsini təqdim etməklə səhər saat 09-dan axşam saat 18-dək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti 1) götürə bilərlər. İmtahana gələrkən namizədlər "İmtahana buraxılış vərəqəsi"ni və şəxsiyyət vəsiqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən biri təqdim edilmədikdə namizəd imtahana buraxılmayacaq.
Əlavə məlumatları, o cümlədən imtahan suallarının hazırlanmasında istifadə edilmiş normativ hüquqi aktlara və sair sənədlərə dair məlumatı Ədliyyə Nazirliyinin internet səhifəsindən (www.justice.gov.az) və 430-01-18, 430-11-05 nömrəli telefonlarla əldə etmək olar.

Oxşar yazılar

Bakıda bu yollarda sıxlıq var - SİYAHI
14 may 2025 , 08:37
İndi hərəkətə keçməli olan 4 BÜRC: Sonra çox gec olacaq
14 may 2025 , 00:02
Doğum evində 14 tibb bacısı eyni vaxtda hamilə qaldı
13 may 2025 , 19:59Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
13 may 2025 , 19:07
Yalnız bu BÜRCLƏR şanslı bilet alacaq: Seçilmişlər kimlərdir?
13 may 2025 , 18:41Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA
13 may 2025 , 18:36
Nərgiz gülü qonşular arasına ədavət saldı - Bələdiyyə müdaxilə etdi
13 may 2025 , 18:27