Məleykə Abbaszadə: “Müəllimliyə çox yüksək savadlı abituriyentlər sənəd vermirlər”
Lent.az-ın məlumatına görə, M.Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında kütləvi ixtisaslara qəbul imtahanlarının keçirilməsinin lüzumsuz olduğunu vurğulayıb.
O bildirib ki, müəllimlik, o cümlədən, jurnalistika kütləvi ixtisaslara aiddir: “Düzdür, jurnalistikanın müəllimlik qədər kütləvi ixtisas olduğunu demək çətindir. Amma jurnalistika da kütləvi ixtisasdır. İndi tutaq ki, biz müəllim olmaq istəyən hər bir namizəd üçün qabiliyyət imtahanı keçirdik. Bu gün Azərbaycanda müəllim olmaq istəyənlər heç də yüksək savadlı abituriyentlər deyillər. Müəllimliyə keçid balı 300-dür. Bu halda biz müəllimin gözəl olması, yaxud onun psixologiyası, uşaqlarla davranışına yönəlik abituriyentlə hər hansı qabiliyyət imtahanı keçirsək, uğursuz olar. Çünki müəllimliyə çox yüksək savadlı abituriyentlər sənəd vermirlər”.
M.Abbaszadə onu da qeyd edib ki, jurnalistika üçün də jurnalistin gözəl olması, yaxud başqa xüsusiyyətləri ilə bağlı qabiliyyət imtahanı keçirmək yersiz olardı: “Ümumiyyətlə, kütləvi ixtisaslar üçün qabiliyyət imtahanının keçirilməsi subyektivliyə, subyektiv hallara və bir çox problemə yol aça bilər”.
Ramiz MİKAYILOĞLU

Oxşar yazılar

Yağışlı havalar nə vaxtadək davam edəcək?
14 may 2025 , 09:56
Əksər rayonlara leysan yağıb - FAKTİKİ HAVA
14 may 2025 , 09:54
Bakının bu rayonunun işığı kəsiləcək
14 may 2025 , 09:39
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
14 may 2025 , 08:37
İndi hərəkətə keçməli olan 4 BÜRC: Sonra çox gec olacaq
14 may 2025 , 00:02
Doğum evində 14 tibb bacısı eyni vaxtda hamilə qaldı
13 may 2025 , 19:59Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
13 may 2025 , 19:07