TQDK jurnalistlər arasında yazı müsabiqəsi elan etdi
13 may 2011 13:11 (UTC +04:00)

TQDK jurnalistlər arasında yazı müsabiqəsi elan etdi

0
Lent.az-ın verdiyi məlumata görə, TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib ki, yazılı və elektron media orqanlarında çalışan jurnalistlər üçün 1,2 və 3-cü yerlər üçün müvafiq olaraq 800, 600 və 400 manat mükafat ayrılıb.


Televiziya və radio jurnalistləri üçün isə ayrıca 800 və 600 manatlıq mükafatlar nəzərdə tutulub. Müsabiqə iyunun 15-ə qədər davam edəcək. Müsabiqədə iştirak etmək istəyən jurnalistlər bu müddət ərzində tələbə qəbulu ilə bağlı yazdıqları məqalələri, reportajları və digər materialları TQDK-ya təqdim etməlidirlər.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 636

Oxşar yazılar