16 şəhid ailəsi və əlil evlə təmin olunub
0
0
Mayın 20-i Xaçmaz şəhərində əlil və şəhid ailələri üçün inşa edilən 4 mərtəbəli 16 mənzilli yaşayış binasının açılışı mərasimi olub. Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, açılış mərasimdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov, Xaçmaz rayon İcra Hakimiyyətinin rəsmiləri qatılıb.
16 mənzilli yaşayış binası hər cür şəraitlə təmin olunub. Mənzillərin 9-u iki otaqlı, 7-i isə 3 otaqlıdır.
Respublika günü münasibətilə mayın 26-da Astara, Biləsuvar və Salyan rayonlarında,
iyun ayında isə Milli Qurtuluş günü münasibətilə Mingəçevir və Qobustan rayonunda əlil və şəhid ailələri üçün 4 mərtəbəli 16 mənzilli yaşayış binasının açılışı nəzərdə tutulub.
Vəli Turan