İctimai Komitə 14 saylı cəzaçəkmə müəssisəsində monitorinq keçirib
0
0
Komitənin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mayın 24-də Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə nəzarət üzrə İctimai Komitənin koordinatoru Əliməmməd Nuriyev və Komitənin üzvü Nazir Quliyev Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə müəssisəsində olublar. Monitorinq zamanı qida bloku, tibbi hissə, yaşayış yerləri, istehsalat sahəsi, asudə vaxt üçün nəzərdə tutulan yerlərə, kitabxana, qısa və uzunmüddətli görüş yerləri, cəza kameralarına, ibadət yerlərinə baxış keçirilib.
Eyni zamanda 14 saylı Cəzaçəkmə müəssisəsində məhkumların fərdi qəbulu həyata keçirilib və məhkumlara hüquqi yardım göstərilib, kitabxana fonduna isə çox sayda kitab hədiyyə edilib.
Monitorinqin nəticələrinə dair rəy hazırlanaraq Ədliyyə Nazirliyinin müvafiq orqanlarına təqdim edilib.