Dərslərini yarımçıq qoyaraq Azərbaycana qayıdan tələbələrə müraciət olundu
12 mart 2020 23:39 (UTC +04:00)

Dərslərini yarımçıq qoyaraq Azərbaycana qayıdan tələbələrə müraciət olundu

0


“Xaricdə oxuyan bir sıra azərbaycanlı tələbələr koronavirusla əlaqədar dərslərini yarımçıq qoyaraq Azərbaycana qayıtmış və ya xarici ölkədə qalmaqla dərslərini dayandırıblar. Dərslərində geri qalmamaları üçün həmin tələbələrə UNEC-də bu gündən distant formada təşkil edilən dərslərə qoşulmağı təklif edirik”. 

APA xəbər verir ki, bu barədə UNEC-in rektoru, proffessor Ədalət Muradov xaricdə təhsil alan tələbələrə müraciətində bildirib.

Müraciətdə qeyd olunub ki, dərslər ödənişsiz təqdim ediləcək: “Seçimlərinə uyğun olaraq tələbələr dərsləri azərbaycan, türk, ingilis, rus dillərində dinləyə bilərlər. Yekunda tələbələrin istəyinə uyğun olaraq onlara dinlədikləri dərslər barədə müvafiq sənəd verilə bilər. UNEC-də distant dərslərə qoşulmaq üçün http://kabinet.unec.edu.az/ səhifəsinə və bununla əlaqədar təlimatla tanış olmaq üçün shorturl.at/ptzB5 səhifəsinə müraciət etmək lazımdır. Hər birinizə uğurlar arzu edirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1937

Oxşar yazılar