Epidemiya əleyhinə qaydaları pozanlar cərimələnəcək
17 mart 2020 13:10 (UTC +04:00)

Epidemiya əleyhinə qaydaları pozanlar cərimələnəcək

0


Epidemiya əleyhinə rejimin, sanitariya, gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə ediləcək.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə bununla bağlı təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, hüquqi şəxslər 2 min manatdan 5 min manatadək cərimələnəcək. Yaxud işlərin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə həbs tətbiq olunur.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1022

Oxşar yazılar