Altı ay komada qalan qazimiz şəhid oldu - FOTO
19 aprel 2021 11:36 (UTC +04:00)

Altı ay komada qalan qazimiz şəhid oldu - FOTO

Altı aydır komada olan Vətən müharibəsi iştirakçısı, 26 yaşlı Nurlan Əbilov şəhid olub.

Lent.az xəbər verir ki, məlumatına görə, həyat yoldaşı Aydan Əbilova bildirib ki, N. Əbilov bu gün səhər saat 7:00-da vəfat edib.

O, doğulduğu Masallı rayonunda torpağa tapşırılacaq.

Qeyd edək ki, Nurlan Fərrux oğlu Əbilov 1994-cü ildə Masallı rayonun Ağakişibəyli kəndində anadan olub. Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb, oktyabrın 8-də Füzuli uğrunda gedən döyüşlərdə başından ağır yaralanıb. Həmin vaxtdan Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alıb.

Şəhidin 3 və 5 yaşlarında iki oğlu var. 

Allah rəhmət eləsin! 

Nurlan Əbilov

# 2385
avatar

Oxşar yazılar