Avqustda çoxlu  maqnit qasırğası   olacaq
28 iyul 2023 20:15 (UTC +04:00)

Avqustda çoxlu maqnit qasırğası olacaq

0

ABŞ Milli Okeanoqrafiya və Atmosfer Agentliyinin (NOAA) Kosmik Hava Proqnozları Mərkəzinin məlumatına görə, yayın son ayında çoxlu maqnit qasırğaları olacaq.

Lent.az xarici mediaya istinadən bildirir ki, ilk maqnit qasırğası avqustun 2-dən 4-dək olan dövrə düşəcək. 2023-cü ilin avqustunun ikinci maqnit qasırğası ayın 16-dan 17-dək olacaq. Avqustun 18-dən 20-nə kimi ayın sonuncu maqnit qasırğası gözlənilir.

Maqnit qasırğaları zamanı aşağıdakı əlamətlər müşahidə olunur:

• depressiv əhval-ruhiyyə və əsəbilik;

• qan təzyiqinin artması və ya azalması;

• yuxunun pozulması;

• oynaq ağrısı;

• apatiya və ya narahatlıq;

• baş ağrısı və başgicəllənmə;

• xroniki xəstəliklərin kəskinləşməsi.

Maqnit qasırğaları zamanı özünüzü daha yaxşı hiss etmək üçün nə etməlisiniz?

• düzgün qidalanmaq və fiziki aktiv olmaq;

• daha çox istirahət və yuxu;

• daha çox su və ya bitki çayı içmək;

• spirtli içkilər və yağlı qidalar qəbul etməmək

• qidanıza daha çox göyərti və mövsümi tərəvəz əlavə edin;

• stressdən və narahatedici hadisələrdən yayınmaq;

• gündəlik cədvəlinizə yatmazdan əvvəl kontrastlı duş əlavə edin;

• Lazım olan dərmanlar üçün evinizdəki ilk yardım dəstini yoxlayın.

Daha əvvəl bildirilib ki, yayın ikinci ayında səkkiz maqnit qasırğası gözlənilir, onlar orta və güclü həddə olacaq.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 14941

Oxşar yazılar