Bakı-Sumqayıt qatarlarının hərəkəti bərpa edilir - AÇIQLAMA
28 yanvar 2021 09:48 (UTC +04:00)

Bakı-Sumqayıt qatarlarının hərəkəti bərpa edilir - AÇIQLAMA

Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarlarının hərəkəti kontakt şəbəkəsinin yenilənməsindən sonra bərpa ediləcək.

Azərbaycan Dəmir Yolları QSC-dən Lent.az-a verilən məlumata görə, Xırdalan dairəsində yeni inşa edilən dəmir yolu körpüsü istismara verilib və hazırda yük qatarları körpü üzərindən hərəkət edir.

Bakı-Xırdalan-Sumqayıt elektrikləşdirilmiş dəmir yolu xəttinin Baş Keşlə stansiyasının kontakt şəbəkəsinin yenidən qurulması və əsaslı təmiri işləri davam etdirilir. Kontakt şəbəkəsi Bakı-Böyük Kəsik dəmir yolu sahəsinin sabit cərəyandan dəyişən cərəyana keçirilməsi ilə əlaqədər olaraq yenilənir.

Xatırladaq ki, bu istiqamətdə qatarların hərəkəti Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi işləri ilə əlaqədar olaraq avqustun 10-da dayandırılıb. Yolun genişləndirilməsi çərçivəsində Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsü sökülüb, onun yerində yeni biraşırımlı tağlı dəmir yolu körpüsü inşa edilib. 

# 1251
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar