Bu ərazilərə  qar yağıb   - FAKTİKİ HAVA
28 mart 2023 10:23 (UTC +04:00)

Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Azərbaycanda faktiki hava şəraiti açıqlanıb 

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, şimal-qərb küləyi bəzi bölgələrdə arabir güclənib.

Düşən yağıntının miqdarı: Sədərəkdə 12.0 mm, Şərurda 9.0 mm, Gədəbəydə 8.0 mm, Şahbuzda 6.0 mm, Naxçıvan, Culfa, Qrız, Ordubadda 5.0 mm, Şahdağ, Daşkəsəndə 4.0 mm, Qusar, Şəki, Tovuzda 3.0 mm, Qax, Göygöl, Ağstafada 2.0 mm, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Balakən, Oğuz, Qəbələ, Altıağac, Şamaxı, Zaqatala, Qobustan, Quba, Xaltan, Sabirabad, Neftçala, Astarada 1.0 mm, Bakıda və Abşeron yarımadasında 0.0 mm-dək olub.

Qar örtüyünün hündürlüyü: Şahdağda 2 sm, Qrızda 1 sm olub.

Külək: Şimal-qərb küləyi Naftalanda 28 m, Tərtərdə 20 m/s, Bərdədə 19 m/s, Gəncədə 18 m/s, Şabranda 17 m/s, Şəmkirdə 16 m/s, Bakıda və Abşeron yarımadasında arabir 17 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.1 metrə çatıb.

Duman: Sumqayıt, Daşkəsən, Göygöl, Şahdağ, Qrız, Şəki, Qax, Lerikdə müşahidə olunub.

Havanın temperaturu: martın 27-də Bakıda iqlim normasından 7.2° yüksək olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 20°-dək isti, Naxçıvanda 23°-dək isti, dağlıq rayonlarda 12°-dək isti, aran rayonlarında 22°-dək isti olub.

Martın 28-i səhər saatlarından yağıntıların tədricən kəsiləcəyi, 28-i gündüz, 29-da ölkə ərazisində hava şəraitinin sabit olacağı, əsasən yağmursuz keçəcəyi, mülayim cənub küləyinin arabir güclənəcəyi gözlənilir.

# 4170
avatar

Oxşar yazılar

Hərbi Hospitalın keçmiş rəisi VƏFAT ETDİ

Hərbi Hospitalın keçmiş rəisi VƏFAT ETDİ

24 may 2024 , 17:12
 Leysan, dolu, qar    - HAVA XƏBƏRDARLIĞI

Leysan, dolu, qar - HAVA XƏBƏRDARLIĞI

24 may 2024 , 16:45
General zorakılığa məruz qalan uşaqlardan  DANIŞDI

General zorakılığa məruz qalan uşaqlardan DANIŞDI

24 may 2024 , 16:05
Həbsdə olan generalın yerinə TƏYİNAT

Həbsdə olan generalın yerinə TƏYİNAT

24 may 2024 , 15:57
Sosial xidmət nədir və kimlərə göstərilə bilər? - CAVAB

Sosial xidmət nədir və kimlərə göstərilə bilər? - CAVAB

24 may 2024 , 15:16
İtaliyanın baş prokuroru Azərbaycana gəlib

İtaliyanın baş prokuroru Azərbaycana gəlib

24 may 2024 , 15:00
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

24 may 2024 , 14:43
ŞAD XƏBƏR:  Azərbaycanda gələn il  pensiyalar artacaq

ŞAD XƏBƏR: Azərbaycanda gələn il pensiyalar artacaq

24 may 2024 , 14:26