Bu rayonlara  leysan yağıb   - FAKTİKİ HAVA
01 iyun 2023 19:44 (UTC +04:00)

Bu rayonlara leysan yağıb - FAKTİKİ HAVA

Azərbaycanda faktiki hava şəraiti açıqlanıb 

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, iyunun 1-i saat 18:00-a olan məlumatına əsasən Naxçıvan, Ordubad, Daşkəsən, Göygöl, Gədəbəy, Füzuli, Laçın, Zəngilan, Ağdam, Şəki, Quba, Lerik, Yardımlı, Lənkəran, Oğuz, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Dolu: Saat 16:35 radələrində Daşkəsən rayonu ərazisində diametri 9 mm, Zəngilan rayonunun dağlıq ərazilərində diametri 5-6 mm, Laçın rayonu, Qorçu kəndinə, saat 17:00-17:35 radələrində isə Oğuz rayonu, Başdaşağıl kəndinə leysan yağışla birlikdə diametri 25-30 mm dolu düşüb.
 
Şərq küləyi arabir Salyanda 20 m/s-dək güclənib.

Havanın maksimal temperaturu: Bakıda və Abşeron yarımadasında 23-25° isti, Naxçıvanda 24-27° isti, dağlıq rayonlarda 16-19° isti, aran rayonlarında 27-32° isti olub.

# 3129
avatar

Oxşar yazılar