Elxan Bahadur oğlu Hüseynov Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.
Lent.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Prezidentin digər Sərəncamı ilə Rüfət Eyvaz oğlu Əzizov Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib. O, Təhsil İnstitutunun direktoru vəzifəsində çalışırdı.
Həmçinin daha bir sərəncamla Havar Əmir oğlu Məmmədov Bakı Mühəndislik Universitetinin rektoru vəzifəsindən azad edilib. Onun yerinə Yaqub Maksim oğlu Piriyev təyin edilib.