Deputatın  rektor olduğu universitet cərimələnir
08 avqust 2024 21:13 (UTC +04:00)

Deputatın rektor olduğu universitet cərimələnir

Azərbaycan Kooperasiya Universiteti barəsində yol hərəkəti qaydaları əleyhinə olan (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) inzibati xəta protokolu tərtib olunub.

Lent.az xəbər verir ki, "Qaynarinfo"ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə irəli sürülüb.

Bu maddəyə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan beş gün müddətində verilməməsinə görə vəzifəli şəxslər 150 manat, hüquqi şəxslər 300 manat məbləğində cərimə edilirlər.

İş Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanovun icraatındadır.

Qeyd edək ki, Azərbaycan Kooperasiya Universitetinin rektoru, Milli Məclisin deputatı Eldar Quliyevdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3276
avatar

Oxşar yazılar