Dövlət Yol Polisindən sürücülərə MÜRACİƏT
16 yanvar 2023 10:06 (UTC +04:00)

Dövlət Yol Polisindən sürücülərə MÜRACİƏT

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraicət edib. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin nəzərinə çatdırır ki, qanunvericiliyin tələbinə əsasən hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının aydın görünməsi üçün onun təmiz saxlanılması təmin edilməlidir. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir və inzibati məsuliyyət yaradır.

Ötən günlərdə ölkə ərazisində müşahidə olunan qarlı, çiskinli hava ilə əlaqədar yollarda çirkli su və ya palçığın yaranma ehtimalı artığından, sürücülər avtomobillərinin dövlət qeydiyyat nişanlarının təmizliyinə daha çox diqqət ayırmalıdırlar. Lakin, bir sıra hallarda sürücülərin mövcud hava şəraitindən sui-istifadə edərək nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının təmizliyinə əhəmiyyət verməməsi, hətta bilərəkdən nişanların üstünü süni şəkildə çirkləndirmələri yolverilməzdir.

Dəyərli sürücülər! Unutmayaq ki, idarə etdiyimiz nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarını təmiz saxlamaqla həm üzərimizə düşən vəzifəni yerinə yetirir, həm də ölkəmizdə sürücü intizamının yüksəlməsinə töhfə vermiş oluruq.

# 1347
avatar

Sevinc Fərid

Oxşar yazılar

Bakıda 1239 qəzalı bina sökülüb

Bakıda 1239 qəzalı bina sökülüb

1 aprel 2023 , 18:08
Sabah intensiv qar yağacaq, şaxta olacaq - PROQNOZ

Sabah intensiv qar yağacaq, şaxta olacaq - PROQNOZ

1 aprel 2023 , 13:13
Bu rayona 22 sm qar yağıb - FAKTİKİ HAVA

Bu rayona 22 sm qar yağıb - FAKTİKİ HAVA

1 aprel 2023 , 10:57
Qaxa 7 sm qar yağıb

Qaxa 7 sm qar yağıb

1 aprel 2023 , 09:35
Bakı havasında dəm qazının miqdarı normadan 1,6 dəfə   çox olub

Bakı havasında dəm qazının miqdarı normadan 1,6 dəfə çox olub

1 aprel 2023 , 01:55
“Səyyar qəbul otağı” həftənin son iş günü Zaqatalada quruldu -FOTO

“Səyyar qəbul otağı” həftənin son iş günü Zaqatalada quruldu -FOTO

31 mart 2023 , 21:07
Sabahın  havası ilə bağlı   XƏBƏRDARLIQ

Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

31 mart 2023 , 19:53
Bu rayonlara  qar yağıb   - FAKTİKİ HAVA - VİDEO

Bu rayonlara qar yağıb - FAKTİKİ HAVA - VİDEO

31 mart 2023 , 19:39