Düz danışana töhmət, susana vəzifə - Məktəb nə öyrətdi?
10 yanvar 2023 18:53 (UTC +04:00)

Düz danışana töhmət, susana vəzifə - Məktəb nə öyrətdi?

Bir neçə gün öncə sosial şəbəkələrdə İmişli rayonu Aranlı kənd tam orta məktəbi ilə bağlı videogörüntülər yayıldı. Həmin məktəbin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyevaya dərsi boykot edərək, ayaqyolu tikilənə qədər şagirdlərdən də məktəbə gəlməmələrini istədi. Sözügedən görüntülər sosial şəbəkələrdə böyük ajiotaj yaratdı.

Düzünü desəm, videonu görüb, ürəyimdə müəllimə “halal olsun” dedim. Fikirini açıq şəkildə bəyan edir, qorxmur, nöqsanları qabardır, üstəlik yetişdirdiyi gənc nəsli də toyuq ürəkli böyütmür, onlara ayna olur, öncüllük edir. Mübarizlik ruhu bax budur.

Amma gəl ki, Mil-Muğan Regional Təhsil İdarəsi yayılan videolarla bağlı elə bir tədbir gördü ki, yenilikçi ruhu da, kreativ ideyalar da kökündən baltaladı. Qurumdan Lent.az-a bildirdilər ki, müəllimə töhmət verildi. Özlərinə də haqq qazandırdılar ki, müəllimə 7-8 dekabr 2022-ci il tarixlərində məktəb rəhbərliyinə heç bir məlumat vermədən üzrsüz səbəbdən iş yerinə gəlmədiyinə, əmək müqaviləsi üzrə müəyyən edilmiş vəzifə funksiyalarını və müəssisədaxili intizam qaydalarını pozduğuna görə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə uyğun olaraq töhmət verilib.

Buna deyirlər qaş qayıranda göz çıxarmaq. İdarə deyir ki, məktəb qəzalı vəziyyətdə olduğundan 2023-cü ildə yeni məktəb binasının layihələndirilmə işlərinə başlanılacaq. Bununla yanaşı, məktəb ən qısa müddətdə mümkün olan variantla (mobil sanitar qovşağı və ya digər) təmin ediləcək və məsələ müsbət həllini tapacaq.

İş görən idiniz, problem həll edən idiniz, qabağa düşüb tualetinizi tikərdiniz də, problemi qabardan adama töhmət niyə verirdiniz? Bu dünyada ən asan şey öz çulunu sudan çıxarmaq üçün başqasını qaralamaqdır. Elə ən vicdansız hərəkət də budur ki, Aranlı məktəbinin müəlliminə qarşı da bu addım atıldı.

Hər şey bir yana. O sinifdə təlim-tərbiyə alan 20-yə qədər uşaqda görəsən ədalətə, aşkarlığa, həqiqətə inam qaldı? Çox bariz gördülər ki, doğru deyənin aqibəti yaxşı olmur. Əslində o töhmət müəllimin şəxsi işinə yox, həmin məktəbdə təhsil alan şagirdlərin beyninə vuruldu. Susmağı öyrətdilər...

# 2820
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

4 may 2024 , 12:46
Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

4 may 2024 , 11:10
 Qar yağacaq   - XƏBƏRDARLIQ

Qar yağacaq - XƏBƏRDARLIQ

3 may 2024 , 16:48
Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

3 may 2024 , 16:45
Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

3 may 2024 , 15:59
Qış gözlənilmədən qayıtdı:  Güclü qar yağdı

Qış gözlənilmədən qayıtdı: Güclü qar yağdı

3 may 2024 , 14:57
COP29.az  vebsaytı istifadəyə verildi

COP29.az vebsaytı istifadəyə verildi

3 may 2024 , 14:22
Meteohəssas insanlar üçün  PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

3 may 2024 , 14:02