Ərə verilən məktəblinin valideynləri polisə çağırıldı -  YENİLƏNİB
01 iyun 2022 16:38 (UTC +04:00)

Ərə verilən məktəblinin valideynləri polisə çağırıldı - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Sabirabadda məktəbli qızın ailə qurmasına münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Lent.az-a bildirib ki, faktla bağlı Sabirabad rayon Polis Şöbəsində bütün tədbirlər icra olunur və digər dövlət qurumları məlumatlandırılıb:

“Yeniyetmənin valideynləri də polis şöbəsinə dəvət olunaraq, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırıb. 

Həmçinin yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq".

***

14:03

Azərbaycanda məktəbli qız evləndirilib. 

Bu barədə Lent.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlıumat verib. O bildirib ki, toy Sabirabad rayonunda olub:

“Sabirabad rayonu Qəzli kəndində 9 cu sinif şagirdinin qız toyu olub. 1-2 həftəyə də oğlan toyu olacaq. Qızın adını yazmayacam, ananın adı isə Zöhrədir”. 

# 7488
avatar

Aytəkin Cəlali

Oxşar yazılar