Hava  XƏBƏRDARLIĞI:   Güclü külək əsəcək, yağış yağacaq
14 iyun 2022 18:51 (UTC +04:00)

Hava XƏBƏRDARLIĞI: Güclü külək əsəcək, yağış yağacaq

Havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, iyun ayının ikinci ongünlüyünun sonunadək əsasən şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi gözlənilir.

Bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s olacaq.

Çaylarda sululuğun artacağı ehtimalı var.

# 3870
avatar

Oxşar yazılar