"Valideynlər uşaqların şikayəti olduğu halda onları məktəbə buraxmamalıdır".
Lent.az məlumat verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib. O xatırladıb ki, uşaqlar koronavirusu yüngül keçirir.
"Onlarda ağırlaşma hallarına az rast gəlinir. 18 yaşdan yuxarı şəxslər peyvənd olunur, amma 18 yaşdan aşağı məktəbə gedənlərin yoluxma riski yüksək ola bilər. Onlar evə də bu virusu daşıya bilərlər. Ona görə uşaqların yoluxmaması üçün bütün tədbirləri görməliyik”.
T.Eyvazov əlavə edib ki, bu dövrdə valideynlər uşaqlarla izahedici söhbətlər aparmalıdır:
“Hər gün səhər və axşam uşağın şikayətləri araşdırılmalıdır. Xəstəlik əlamətləri olan uşaqları məktəbə buraxmaq olmaz”.