Rövşən Rzayevin qardaşı Konstitusiya Məhkəməsinin hakimi təyin edildi
04 iyul 2025 11:21 (UTC +04:00)

Rövşən Rzayevin qardaşı Konstitusiya Məhkəməsinin hakimi təyin edildi

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.

Lent.az-ın APA-ya istinadən xəbərinə görə, layihəyə əsasən, Rəşid Rzayev, Otari Qvaladze, Fərhad Tutayuk və Rauf Quliyevin Konstitusiya Məhkəməsinin hakimləri təyin edilməsi təklif olunub.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, Konstitusiya Məhkəməsinin hakimləri Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Milli Məclis tərəfindən təyin edilir.

Lent.az-ın əldə etdiyi məlumata görə, Konstitusiya Məhkəməsinin hakimi təyin edilən Rəşid Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin qardaşıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 946

Oxşar yazılar