Sabahdan Azərbaycanda əmi, dayı və xala uşaqlarının  nikahı qadağan edilir
30 iyun 2025 08:14 (UTC +04:00)

Sabahdan Azərbaycanda əmi, dayı və xala uşaqlarının nikahı qadağan edilir

Sabahdan Azərbaycanda nikahın bağlanmasına mane olan hallar artırılır.

Lent.az-ın APA-ya istinadən xəbərinə görə, bu, Ailə Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

İyulun 1-dən Azərbaycanda qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqlarının, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızının, həmçinin bibi (xala) və qardaş (bacı) oğlunun nikaha daxil olması qadağan olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 856

Oxşar yazılar