Şəhid ailələrinə  daha bir güzəşt   verilə bilər
29 mart 2023 18:28 (UTC +04:00)

Şəhid ailələrinə daha bir güzəşt verilə bilər

Qarabağ müharibəsi və Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə daha bir güzəştin verilməsi tövsiyə olunur.

Lent.az-ın xəbərinə görə, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2023-2025-ci illər üçün baş kollektiv sazişdə əksini tapıb.

Sənəddə Qarabağ müharibəsi və Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə respublika ərazisində yerləşən sanatoriya və turist bazalarına veriləcək yollayışların ümumi məbləğinin 15 faizini işəgötürənin ödəməsi tövsiyə olunur.

# 2529
avatar

Oxşar yazılar