Sezai Yılmaz ATU-nun “Qonaq professoru” adını alıb
26 may 2023 12:09 (UTC +04:00)

Sezai Yılmaz ATU-nun “Qonaq professoru” adını alıb

Malatya Universitetinin professoru, qaraciyər transplantasiya şöbəsinin rəhbəri Sezai Yılmaz Azərbaycan Tibb Universitetinin “Qonaq professoru” (Visiting professor) adına layiq görülüb. ATU rektoru, professor Gəray Gəraybəyli “Qonaq professor” sertifikatını Sezai Yılmaza şəxsən təqdim edib. Rektor uğurlu əməkdaşlıq üçün professor S.Yılmaza təşəkkürünü bildirib.

Qeyd edək ki, ATU-nun Elmi Şurasının qərarına əsasən, universitetdə 2018-ci ildən etibarən “Qonaq professor” vəzifəsi təsis edilib. Hazırda 7 fərqli universitetlərin nümayəndələri ATU-nun “qonaq professorlarıdır. Bu titula layiq görülən mütəxəssislər məhdud zaman müddətində universitetin müxtəlif fakültələrində dərs demək üçün dəvət olunurlar.

# 1575
avatar

Oxşar yazılar