Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələrdən biri - Hümam İsmayıllı dəfn olunub.
Lent.az APA-ya istinadən xəbər verir ki, Hümam İsmayıllı Sumqayıt qəbiristanlığında torpağa tapşırılıb.
Türkiyədə baş vermiş zəlzələdə həlak olan digər azərbaycanlı tələbə Gündüz Nəzərzadənin də nəşi Sumqayıt şəhərinə gətirilib. Onunla yaşadığı evdə vida mərasimi keçirilib.
Gündüz Nəzərzadə Sumqayıt qəbiristanlığında dəfn olunub.
***
Saat: 12:48
Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbə Hümam İsmayıllı ilə Sumqayıt şəhərinin Corat qəsəbəsində vida mərasimi keçirilir.
Lent.az APA-ya istinadla bildirir ki, vida mərasimində mərhumun ailə üzvləri, ictimaiyyət nümayəndələri, şəhər sakinləri və s. şəxslər iştirak edirlər.
Xatırladaq ki, Türkiyənin Malatya şəhərində fevralın 6-da baş verən zəlzələnin təsirindən uçub dağılan binanın altında qalan azərbaycanlı tələbələrdən 4-nün də meyiti tapılıb. Onların meyitləri uzun axtarışlardan sonra fevralın 14-də dağıntılar altından çıxarılıb.