UniDestin: Bizim tərəfdaşlarımız Azərbaycanda keçirilən SAT nəticələrini qəbul edir
13 yanvar 2026 15:54 (UTC +04:00)

UniDestin: Bizim tərəfdaşlarımız Azərbaycanda keçirilən SAT nəticələrini qəbul edir

0

Son günlər sosial şəbəkələrdə Azərbaycanda keçirilən Scholastic Assassment Test (SAT) imtahanlarının nəticələrinin Avropa universitetləri tərəfindən qəbul edilməməsi ilə bağlı məlumatlar yayılıb.

UniDestin Təhsil Mərkəzindən Lent.az-a bidirilib ki, bu məlumatlardan sonra Avropada yerləşən universitetlərlə birbaşa əlaqə saxlanılıb:

“Biz tərəfdaşlarımızla apardığımız rəsmi yazışmalar və əldə edilən təsdiqlənmiş məlumatlar əsasında bildiririk ki, Azərbaycanda rəsmi qaydada keçirilən SAT imtahanlarının nəticələri Avropa universitetləri tərəfindən qəbul olunur. Bu istiqamətdə heç bir məhdudiyyət və ya risk mövcud deyil”.

UniDestindən bildirilib ki, SAT imtahanı beynəlxalq standartlara uyğun təşkil olunur. Qəbul prosesində imtahanın keçirildiyi ölkə deyil, imtahanın rəsmi statusu və nəticələrin etibarlılığı əsas meyar kimi qiymətləndirilir:

“Bu məlumatlar Avropanın müxtəlif ali təhsil müəssisələri ilə aparılan danışıqlar nəticəsində təsdiqlənib. Məsələn, əməkdaşlıq etdiyimiz universitetlərdən olan Almaniyanın Constructor University, Litvada yerləşən Mykolas Romeris University, Finlandiyada fəaliyyət göstərən University of Turku və digərləri Azərbaycanda keçirilən SAT nəticələrinin qəbul edilməsi ilə bağlı hər hansı problem olmadığını yazılı təsdiqləyiblər".

UniDestin Təhsil Mərkəzindən qeyd edilib ki, xaricdə təhsil planlaşdırılması ilə bağlı bütün suallar üzrə peşəkar və dəqiq konsultasiyalar edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar