Arıqladıqdan sonra çəki niyə  geri qayıdır?   Mütəxəssis CAVABI
13 yanvar 2026 14:19 (UTC +04:00)

Arıqladıqdan sonra çəki niyə geri qayıdır? Mütəxəssis CAVABI

0

Alimlər müəyyən arıqlama preparatlarından istifadə edildikdən sonra bədən çəkisinin ənənəvi pəhrizlərdən sonra olduğundan dörd dəfə daha sürətli bərpa olunduğunu aşkar ediblər.

Lent.az xarici mediaya xəbər verir ki, populyar arıqlama dərmanları tez nəticə verə bilər, lakin yeni araşdırma narahatedici bir tendensiyanı ortaya çıxarıb: inyeksiyalar dayandırıldıqdan sonra itirilən kilolar ənənəvi pəhrizlərdən sonra olduğundan təxminən 4 dəfə daha tez geri qayıdır. İnsanlar orta hesabla ayda 0,8 kiloqram kökəlir və cəmi 1,5 il ərzində əvvəlki çəkilərinə qayıdırlar. Müqayisə üçün, pəhriz və idman proqramlarından sonra çəkinin artımı orta hesabla ayda 0,1 kiloqram təşkil edir.

Surrey Universitetinin qidalanma üzrə eksperti Adam Kollinz bunu bioloji dəyişikliklərlə izah edir: bu preparatlar toxluq hissini tənzimləyən GLP-1 hormonunu təqlid edir. Hormon yüksək dozada qəbul edildikdə, orqanizm öz GLP-1 hormonuna qarşı həssaslığını itirir. Kurs bitdikdən sonra isə iştaha kəskin şəkildə artır pasiyentlər bunu “sanki aclıq birdən-birə işə düşür” kimi təsvir edirlər.

Araşdırmaya görə, 2025-ci ildə GLP-1 preparatlarına (məsələn, Wegovy və Mounjaro) tələbat kütləvi hal alıb: təkcə Böyük Britaniyada 3,3 milyondan çox insan bu dərmanları ya artıq sınayıb, ya da sınamağı planlaşdırır.

Qadınlar bu vasitələrdən kişilərə nisbətən təxminən iki dəfə daha çox istifadə edir, ən aktiv yaş qrupu isə 40-50 yaş aralığıdır. Həkimlər xəbərdarlıq edirlər: qidalanma vərdişləri və fiziki aktivlik dəyişmədikcə çəkinin geri qayıtması demək olar ki, qaçılmazdır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 316

Oxşar yazılar