Universitetin Zaqatala filialında 5 tələbə qovuldu, 87-si isə...
20 dekabr 2022 12:21 (UTC +04:00)

Universitetin Zaqatala filialında 5 tələbə qovuldu, 87-si isə...

1

Azərbaycan İqtisad Universitetinin (UNEC) Zaqatala filialında tələblərin qanunsuz hərəkəti aşkar edilib.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə xəbər yayılıb. Məlumata görə, UNEC-in Zaqatala filialında ötən tədris ilinin yaz semestrində bəzi tələbələr elektron imtahan sisteminə müdaxilə edərək, qrup yoldaşlarının əvəzinə kənardan imtahan verdikləri üçün 87 nəticə ləğv edilib.

Qaydaları pozan 5 tələbə universitetdən xaric edilib.

Nəticələri ləğv edilən tələbələrə ödənişsiz formada dekabr-yanvar aylarında müvafiq fənlər üzrə yenidən imtahan təşkil olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 18465

Oxşar yazılar