

Çimərliklər YENİDƏN YOXLANILIR - RƏSMİ
“Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən çimərliklərdə reydlər davam etdiriləcək”.
Bu sözləri Lent.az-a açıqlamasında BŞİH-in mətbuat katibi İsrafil Kərimov deyib. O bildirib ki, mütəmadi olaraq baxış keçirilən bütün ərazilər yenidən yoxlanacaq:

“Hava şəraitindən asılı olaraq hər gün qruplar reydə çıxacaq. Bununla da çimərliklərdə yenidən götürülən qapılar, şlaqbaumlar və qiymət yazılan lövhələr qoyula bilməyəcək. Həmçinin daimi olaraq vətəndaşlar çimərlik ərazilərinə pulsuz daxil ola biləcəklər. Bildirim ki, sahibkarlara da ancaq əhaliyə göstərilən xidmət üçün pulun alınması barədə xəbərdarlıq etmişik”.
Xatırladaq ki, reydlərin özəl çimərliklərə dəxli yoxdur və orada vətəndaşlardan giriş üçün pul tələb edilə bilər.
Əlavə edək ki, məsələ ilə əlaqədar “Qaynar xətt” fəaliyyətə başlayıb və vətəndaşlar çimərliklərə getdikdə girişin ödənişli olduğunu görəndə 012 566-83-71 əlaqə nömrələrinə zəng edib məlumat verə bilərlər.
Oxşar yazılar

Bakıda bu yollarda sıxlıq var - SİYAHI
4 avqust 2025 , 08:13
BÜRCLƏR üçün avqust ayının ən şanslı günləri
4 avqust 2025 , 00:02
Agentlik: “News24.az”-də manipulyativ başlıqlara rast gəlinməkdədir
3 avqust 2025 , 18:27
Laçında ayı balası-FOTO
3 avqust 2025 , 13:46
132 yaşlı qadın öldü: Üç tarixi dövrün şahidi idi, 100-dən çox nəvəsi var
3 avqust 2025 , 12:37
41 dərəcə isti olacaq - SABAHIN HAVASI
3 avqust 2025 , 12:05
Şəhid atası vəfat etdi
3 avqust 2025 , 09:25