

Ölkəyə saxta linzalar gətirilir: EHTİYATLI OLUN!
“Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) istehlakçılar tərəfindən daxil olmuş məlumatların təhlili göstərir ki, bir sıra mallar kimi insan orqanizminin ən həssas üzvü olan göz əməliyyatlarında istifadə olunan göz protezlərinin - linzaların qaçaqmal yolu ilə gətirilən partiyalarından bəzi göz klinikalarında geniş istifadə olunur”.
Lent.az məlumat verir ki, bu barədə qurumun sədri Eyyub Hüseynov bildirib. O qeyd edib ki, bir çox şirkətlərin istehsal etdiyi, xüsusən “Alcon” şirkətinin “Acry sof” göz protezləri zərərlidir.

E.Hüseynov göz əməliyyatları zamanı bu linzalardan istifadə edəcək xəstələrə də müraciət edib:
“Onlar mütləq linzaların mənşə sertifikatını əldə edib, surətini götürsünlər. Daha sonra linzanın qutusunu götürüb saxlaya və istəsələr AİİB-ə müraciət edib obyektiv məlumat ala bilərlər. Hazırda AİİB tərəfindən bu məsələ istehlakçılardan daxil olan məlumat əsasında araşdırılır və qaçaqmalçıların fəaliyyətini stimullaşdırıb, istehlakçıların sağlamlığını təhlükə altına qoyan həkimlərin və klinikaların müəyyənləşdirilməsi üçün ictimai nəzarətimizi davam etdiririk.
Şəffaflığın və obyektivliyin təmin olunması üçün AİİB tərəfindən Bakı şəhərində fəaliyyət göstərən AMT Klinikaya, Respublika Diaqnostika Mərkəzinə, Z.Əliyeva adına Milli Oftamologiya Mərkəzinə, “Bakı” göz klinikasına, ”Caspian Compassion Projekt” göz klinikasına, “Celamig” göz klinikasına, ”Lanset” klinikasına, “Brizol” göz klinikasına sorğu və məlumat xarakterli rəsmi müraciətlər olunub".
Oxşar yazılar

Bu, dünyanın ən zəngin ölkəsidir: sakinləri ayda 6000 avro qazanır
4 avqust 2025 , 10:31
Bu rayonlarda 41 dərəcə isti qeydə alındı - GÜNÜN HAVASI
4 avqust 2025 , 09:29
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
4 avqust 2025 , 08:13
BÜRCLƏR üçün avqust ayının ən şanslı günləri
4 avqust 2025 , 00:02
Agentlik: “News24.az”-də manipulyativ başlıqlara rast gəlinməkdədir
3 avqust 2025 , 18:27
Laçında ayı balası-FOTO
3 avqust 2025 , 13:46
132 yaşlı qadın öldü: Üç tarixi dövrün şahidi idi, 100-dən çox nəvəsi var
3 avqust 2025 , 12:37