
Limonadı belə hazırlayın - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi
Lent.az-ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə sizi sosial şəbəkədə “Myfoodchannel” adı ilə məşhur olan səhifəyə istinadla sadə limonadın hazırlanması ilə tanış edəcəyik.
Limonadın tərkibi:
5 ədəd limon, 6 yemək qaşığı şəkər tozu, 1 litr qazlı su.
Hazırlanma qaydası:
5 ədəd limonun qabığını rəndənin kiçik gözündən keçiririk. Çalışırıq ki, limonun ağ hissələri rəndədən keçirilməsin, çünki limonun ağ hissəsi acı dad verə bilər. Daha sonra rəndədən keçirilən qabıqların üzərinə 6 yemək qaşığı şəkər tozu əlavə edirik. Şəkərin miqdarı zövqə görə azaldıla və ya çoxaldıla bilər. Bundan başqa şəkər əvəzinə baldan istifadə etmək də mümkündür.
Daha sonra limonun qabıqları ilə şəkər tozunu yaxşıca qarışdırır, qaşığın tərs tərəfi ilə əzirik. Qarışım 1 gecə otaq temperaturunda saxlanılır. Bu cür olduqda limonad daha dadlı olur.
Səhəri gün qarışımı digər qaba tökürük. Qabıqları soyulan limonlar isə yumşaldılaraq suyu çıxarılır və hazırladığımızla qarışdırılır. Hazırlanan qarışıq süzgəcdən keçirilir və üzərinə 1 litr qazlı su əlavə edilir. İstəyənlər adi su da əlavə edə bilərlər.
Nuş olsun!
Oxşar yazılar

Avqustda pulla çiməcəklər: Siyahıda 3 BÜRC var
5 avqust 2025 , 00:02
Bu xiyarlar bankada partlaya bilər - Hansı meyvələri heç vaxt konservləşdirilməməlidir
4 avqust 2025 , 19:59
Meteohəssas insanlara sabahın havsı ilə bağlı XƏBƏRDARLIQ
4 avqust 2025 , 18:44
Şöhrət, pul, sevgi: Avqustda şanslı olacaq 4 BÜRC
4 avqust 2025 , 18:28
Bakının bu rayonunda işıq olmayacaq
4 avqust 2025 , 17:56
Dağlarda rekord sayda ölüm: Nə baş verir?
4 avqust 2025 , 17:31
Bakını toz bürüdü
4 avqust 2025 , 16:39