Sabah hava necə olacaq? - PROQNOZ
Mayın 20-dən 21-nə Bakıda və Abşeron yarımadasında keçən gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gün ərzində isə havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a məlumat verilib.
Xəbərə görə, gecə və səhər arabir güclənən şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz 21-25, Bakıda gecə 16-18, gündüz 24-26 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz olacaq.
Rayonlarda mayın 21-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 13-18, gündüz 25-30, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti təşkil edəcək.
Həmçinin qeyd edilib ki, mayın 21-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Oxşar yazılar

Avqust bu BÜRCLƏRƏ sərvət və uğur gətirəcək: siyahıda kimlər var?
2 avqust 2025 , 09:09
Avqustda işdə şanslı olacaq BÜRCLƏR
2 avqust 2025 , 00:02
Sabah Bakıda çox əlverişsiz hava olacaq ki... - XƏBƏRDARLIQ
1 avqust 2025 , 19:07
Dörd BÜRC üçün yeni imkanlar açılacaq: Uğur zirvəsində olacaqsınız
1 avqust 2025 , 18:43
Lənkəranda məktəbi söküb yerində mərkəz tikirlər? - Valideynlər və müəllimlər narazıdırlar
1 avqust 2025 , 17:24
Üzərinə milçək qonan yeməyi yemək olarmı? - AÇIQLAMA
1 avqust 2025 , 17:09
500-dən çox bal toplayan bu abituriyentlər ali məktəbə qəbul olmaya bilərlər - Səbəblər AÇIQLANDI
1 avqust 2025 , 16:25