
Sabahın HAVASI: qısa müddətli yağış və...
İyunun 22-də gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında iyunun 22-də hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 28-32, Bakıda gecə 20-24, gündüz 30-32 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti:
Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil edəcək.
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Dəniz suyunun temperaturu 24-25 dərəcə isti təşkil edəcək.
Həmçinin Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-24, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti təşkil edəcək.
Oxşar yazılar

Bakıya güclü yağış yağacaq - XƏBƏRDARLIQ
4 may 2025 , 13:37
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
4 may 2025 , 13:18
Bakıda yağış yağacaq, şimşək çaxacaq - Sabahın HAVASI
4 may 2025 , 12:16
Əvəz Zeynallı müalicə üçün Ankaraya getdi
4 may 2025 , 11:48
Oğul anasının ölümündən sonra lotereya bileti tapdı: Möhtəşəm məbləğ qazandı
4 may 2025 , 11:46
İnsan sidiyindən pivə? Hamını şoka salacaq
4 may 2025 , 11:14
Bu rayonlara leysan yağdı - GÜNÜN HAVASI
4 may 2025 , 10:25