
Satılmağa hazırlanan ölmüş heyvan cəmdəyi aşkar edildi
Ağcabədi rayonunda satış üçün hazırlanan ümumi çəkisi 82 kiloqram olan istehlaka yararsız heyvan cəmdəyi aşkar olunub.
Bu barədə Lent.az-a Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, AQTA və aidiyyəti qurumların əməkdaşları daxil olan məlumat əsasında Ağcabədi rayonu Aşağı Avşar kəndi ərazisində axşam saatlarında vətəndaş İsmayılov Camil Yunis oğluna məxsus kəsim sahəsinə baxış keçiriblər.
Bu zaman kəsim yerində istehlak üçün yararsız, mənşəyi məlum olmayan, ölmüş heyvana məxsus olduğu şübhə doğuran, satış üçün hazırlanmış ümumi çəkisi 82 kq olan heyvan cəmdəyi aşkar olunub.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aşkarlanan istehlaka yararsız ətin satışının qarşısı alınıb və məhv edilməsi üçün zəruri tədbirlər görülüb. Ətdən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.
Faktla bağlı araşdırma davam etdirilir.
Oxşar yazılar

Şəhid atası vəfat etdi
3 avqust 2025 , 09:25
Yaxın illərdə güclü maqnit qasırğaları gözlənilir - XƏBƏRDARLIQ
2 avqust 2025 , 21:15
Bu ölkəyə güclü qar yağdı, uşaqlar qartopu oynadılar
2 avqust 2025 , 19:22
Sabah hava bu insanlar üçün çox təhlükəli olacaq
2 avqust 2025 , 19:09
Astroloqlardan avqust ayının ən təhlükəli günü ilə bağlı XƏBƏRDARLIQ
2 avqust 2025 , 18:47
"Geri qayıtmaq istəmirdim": Klinik ölüm yaşayan kişinin təəccüblü HEKAYƏSİ
2 avqust 2025 , 18:25
Yekaterinburqda Azərbaycan bazarı söküldü - FOTOLENT
2 avqust 2025 , 17:34