Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 12 Oktyabr
12 oktyabr 2015 20:22 (UTC +04:00)

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 12 Oktyabr

GÜNÜN ŞƏRHİ

 

PKK terror təşkilatı Özal dönəmində də olub, Dəmirəl dönəmində də. Ecevit dönəmində də Türkiyə bu problemdən əziyyət çəkib, Ərdoğan dönəmində də. Yalnız bir fərq vardı - əvvəlki hökumət dönəmində PKK hər şeyə rəğmən dağdan enə bilmirdi, indi isə böyük şəhərlərə ayaq açıb. Ankaranın mərkəzində terror aktı törətmək - PKK ilə 10 ildir davam edən müzakirələrin yeganə nəticəsi budur. Terror hadisəsi Türkiyə dövlətinin yürütdüyü siyasətə qarşı yönəlməyib, bu, sırf seçkilərə hesablanmış aktdır. Ankaradakı partlayış HDP-ni bir andaca terroru dəstəkləyən partiyadan məzlum partiyaya çevirdi. Bu akt HDP-nin seçkilərdə səsini qorumağa imkan verəcək və AKP-nin səs potensialını daha da zəiflədəcək. Zatən terror aktını hazırlayan, həyata keçirən və bu  akt dəstəkləyən daxili və xarici qüvvələrin də məqsədi budur - ölkədə siyasi xaosu daha da dərinləşdirmək. Təəssüf ki, xarici güclər bu istəklərinə doğru sürətlə addımlayırlar və Türkiyəni siyasi xaosdan çıxaracaq qüvvə hələlik üfüqdə belə görünmür... 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 245

Oxşar yazılar