Yağış, GÜCLÜ  külək - GÜNÜN HAVASI
04 iyul 2025 09:54 (UTC +04:00)

Yağış, GÜCLÜ külək - GÜNÜN HAVASI

İyulun 4-ü saat 9:00-a olan faktiki hava açıqlanıb.

Bu barədə Lent.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Düşən yağıntının miqdarı Balakəndə 5, Sarıbaş (Qax), Kəlbəcər, Göygöl, Zaqatala, Gədəbəy, Laçın, Qubadlı, Şəmkir, Şəki, Qusar, Qrız, Ağstafa və Daşkəsəndə 3 mm-dir.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Culfada 21, Neftçalada 20, Naftalan və Mingəçevirdə 18 m/s-dək güclənir.

Dənizdə dalğanın hündürlüyü 4.4 metrə çatır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1030

Oxşar yazılar