Zəmanət müddəti nə deməkdir? - CAVAB
27 noyabr 2023 13:45 (UTC +04:00)

Zəmanət müddəti nə deməkdir? - CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzusu zəmanət müddəti ilə bağlıdır.

Bir çox malları alan zaman bizə zəmanət müddəti yazılı sənəd təqdim olunur. Amma bu sənədi alsaq da, bəziləri mahiyyətinin nə olduğunu anlamırlar. 

Zəmanət müddəti nə deməkdir? 

Lent.az xəbər verir ki, zəmanət müddəti malın müvafiq normativ sənədlərdə nəzərdə tutulmuş zəmanət öhdəliklərinin qüvvədə olduğu müddətidir.

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən, zəmanət müddəti, əgər alqı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əşyanın alıcıya verildiyi andan başlanır. Zəmanət müddəti zəmanət talonunda, malın (işin, xidmətin) pasportunda və ya nişanlama kağızında (yarlıqda) yaxud mala (işə, xidmətə) əlavə olunan digər sənəddə göstərilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4476
avatar

Fidan İlqar

Oxşar yazılar