Bu da "Apple" şirkətinin ilk 3D elektromobili - FOTO
12 noyabr 2021 19:54 (UTC +04:00)

Bu da "Apple" şirkətinin ilk 3D elektromobili - FOTO

 

Vanarama şirkətinin avtomobillər üzrə mütəxəssisləri "Apple" şirkətinin nəqliyyat məsələsi ilə bağlı patentlərini analiz edərək potensial "Apple Car" elektromobilinin 3D modelini yaradıblar.

Lent.az xəbər verir ki, elektromobilin xarici və daxili dizaynı sərgilənib.

Beləliklə "Apple Car"ın yaradılmış 3D modeli sözsüz ki, "Tesla Cybertruck"dan ilhamlanıb. Yaradılmış 3D modeldəki elektromobil şüşə materialdan hazırlanmış vahid örtüyə sahibdir. Bu cür şüşə örtük US10384519B1 nömrəli patent əsasında yaradılıb. Sözügedən patent şüşə panellərin ayrılmalarına ehtiyac duymadan avtomobil modelinin yaradılmasını təsvir edir.

Bununla yanaşı 3D modeldə adaptiv qapılar reallaşdırılıb. Elektromobildə Apple şirkətinin brendlərini əhatə edən dizayn özəllikləri mövcuddur. Məsələn onun ön tərəfindən "Mac Pro" dizaynını xatırladan qəfəs konstruksiyası mövcuddur. Elektromobil hərəkətli qapı tutacaqlarına sahibdir. Elektromobilin salonunda böyük ölçülü sensorlu panel yerləşdirilib və həmin panel salonun ön hissəsini tamamilə əhatə edir. Sözügedən sensorlu panel US20200214148A1 nömrəli patent əsasında hazırlanıb. Məlumat və əyləncə sistemi Apple şirkətinin proqram təminatı əsasında qurulub.

Siri isə səyahət zamanı sürücünün intellektual köməkçisi rolunda çıxış edir. Sükanın mərkəzində daha bir sensorlu ekran mövcuddur. Məlumatda qeyd edilib ki, Apple şirkətinin əvvəlki patentləri məhsulun yekun xarici görünüşü barəsində çox az məlumatlar verirlər. Lakin Vanarama şirkətinin mütəxəssislərinin hazırladıqları 3D model Apple şirkətinin gələcəkdəki elektromobilinin necə görünə biləcəyini sərgiləyən ilk 3D modeldir.

Qeyd edək ki, "Apple" elektromobil layihəsi barəsində hələ heç bir fikir bildirməyib. Ortaya çıxmış son məlumatlara əsasən şirkət elektromobil istehsalı məsələsində bir sıra avtomobil şirkəti ilə müzakirələr aparır./"technote"

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7636

Oxşar yazılar

Paltaryuyan maşını pis qoxudan  və kifdən necə xilas etməli?

Paltaryuyan maşını pis qoxudan və kifdən necə xilas etməli?

5 may 2025 , 14:53
Smartfon çantada niyə qızır: SƏBƏB

Smartfon çantada niyə qızır: SƏBƏB

5 may 2025 , 12:52
Wi-Fi, haradasan?  Smartfonunuzun yoxa çıxan bağlantısının  sirri açılır

Wi-Fi, haradasan? Smartfonunuzun yoxa çıxan bağlantısının sirri açılır

5 may 2025 , 11:56
"Skype" fəaliyyətini dayandırdı

"Skype" fəaliyyətini dayandırdı

5 may 2025 , 10:54
“Skype” bağlanır – Yerinə bu proqram gələcək

“Skype” bağlanır – Yerinə bu proqram gələcək

5 may 2025 , 04:42
Bu xüsusi “Mustang” dan sadəcə 5 ədəddir - FOTO

Bu xüsusi “Mustang”dan sadəcə 5 ədəddir - FOTO

5 may 2025 , 02:04
“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

5 may 2025 , 01:07
“Uber” robot taksilərə  keçir

“Uber” robot taksilərə keçir

3 may 2025 , 18:48