Elektron ticarətdə yeni trend   - Canlı yayımda ani satışlar
20 sentyabr 2021 19:39 (UTC +04:00)

Elektron ticarətdə yeni trend - Canlı yayımda ani satışlar

Elektron ticarətdə son bir neçə ilin ən populyar mövzusu canlı yayım satışlarıdır. Asiya ölkələrində başlayan və milyardlarla dollarlıq bazar payına çatan canlı yayım satış modeli son vaxtlar Türkiyədə də istifadə olunmağa başlayıb.

Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, TOBB E-Ticarət Şurasının üzvü və Ticimax E-Ticarət Sistemlərinin qurucusu Cenk Çiğdemli, sosial media xaricində elektron ticarət saytlarında istifadə edilə bilən canlı yayım tətbiqlərinin yeni bir bazar yaratdığını deyib:

“Sosial medianın canlı yayım xüsusiyyəti platformalar və ya e-ticarət şirkətlərinin istifadə etdiyi canlı yayım proqramları vaistəsilə edilən satışlarda dünyada hər gün milyonlarla məhsul satılır. Asiya ölkələrində canlı yayım satışları və KOL (Key Opinion Leader- Açar Fikir Lideri) adları var. Bu adlar, canlı yayım prosesində məhsulları tanıtmaqla minlərlə məhsulu anında sata bilər. Daha səmimi bir satış modeli olduğu üçün elektron ticarətdə gələcəyin "Kol-Trade" olduğunu söyləmək mümkündür. Məsələn, bir səyahət saytının nümayəndəsi James Liang bir neçə saatlıq canlı yayım açaraq 10 milyon dollara yaxın səyahət paketləri satıb. Bir məişət texnikası şirkətinin meneceri Dong Mingzhu da bir neçə saat ərzində dəyəri 40 milyon dollardan çox olan əşya sata bilib. Çində dodaq boyası canlı yayımları ilə tanınan Li Jiaqi, bir neçə dəqiqədə on minlərlə dodaq boyası satıb”.

Bağlantı keyfiyyətinin artması ilə canlı yayım satışlarının daha da populyarlaşacağını ifadə edən Çiğdemli bu alış-veriş üsulunun üstünlüklərindən də danışıb.

“Xüsusilə sürətli hərəkət edən istehlak malları və tekstil kateqoriyalarında çox təsirli bir üsuldur. Canlı yayım satışları hər kateqoriyada istifadə edilə bilər, ancaq məhsul sınaqları sürətli hərəkət, tekstil, ayaqqabı kimi kateqoriyalarda e-ticarətə fərqli bir ölçü qazandıra bilər. Müəssisələrin öz veb saytlarında canlı satış etməsi, sayt trafikinə müsbət təsir edərək ziyarətçilərlə qarşılıqlı əlaqəni artırır. Canlı yayımlar üçün xüsusi endirimlər və kampaniyalar da çox populyardır. Bu yolla satınalma, onlayn alış -verişə olan güvənə də müsbət təsir edir. Canlı yayım satışları, e-ticarət şirkətləri və müştəriləri üçün çox praktik və çox faydalı bir təcrübədir. Müştərilər canlı yayımlarda təqdim olunan məhsulları daha asan və 3D olaraq araşdıra bilərlər. Beləliklə, müştərilər məhsulları daha yaxından tanıdıqca sürətli bir satın alma qərarı verə bilərlər. Bir sözlə, canlı yayımla satışın ən böyük üstünlüklərindən biri gəlir nisbətlərinin azalmasıdır. Canlı satış həm də e-ticarət şirkətlərinə studiya, fotoqrafiya, montaj və video çəkiliş kimi sahələrdə xərclərini azaltmağa kömək edir. Şirkətlər yalnız smartfon vasitəsilə canlı yayım edərək satışlarını artıra bilərlər ”.

 

 

 

 

 

 

 

# 2577
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar