Texnologiyada BİR İLK : Eyni adapterlə...
23 sentyabr 2021 18:29 (UTC +04:00)

Texnologiyada BİR İLK: Eyni adapterlə...

Avropa Birliyi (AB) Komissiyası birlik ölkələrində satılan smartfonlar, planşetlər və qulaqlıqlar kimi elektron cihazlarda ümumi bir adapter istifadəsini məcburi edəcək bir hüquqi tənzimləmə təklif edib.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, AB Komissiyası, “USB-C”, “Micro USB” və “Lightning” kimi müxtəlif elektron cihazların fərqli adapterlərini standartlaşdırmaq üçün qanun lahiyəsi hazırlayıb.  Buna görə AB ölkələrində satılan bütün telefonların, planşetlərin və qulaqlıqların ortaq adapterə malik olması lazımdır. İstehsalçılar elektron cihazlara "USB-C" tipli enerji portu qoymalı olacaqlar.

Bundan əlavə, cihazların sürətli doldurulması texnologiyaları uyğunlaşdırılacaq. Yeni satın alınan hər bir cihazla yeni bir adapter təmin edilməyəcək. Elektron cihazlar üçün adapterlər ayrı satılacaq. Sözügedən tənzimləmə, smartfonlar, planşetlər, rəqəmsal kameralar, qulaqlıqlar, portativ dinamiklər, portativ oyun konsolları kimi cihazları əhatə edəcək.

Təklif, istehlakçıların çoxlu sayda kabel və adapterlər daşımasının qarşısını almağı və müxtəlif elektron məhsullar üçün tək bir enerji cihazından istifadə etməyi hədəfləyir. Ətraf mühitə və tullantılara zərərin azaldılmasını da nəzərdə tutan tənzimləmənin qüvvəyə minməsi üçün Avropa Parlamenti (AP) və Avropa Şurası tərəfindən təsdiqlənməlidir. Bu təsdiqlərdən sonra 24 aylıq bir keçid dövrü və ardından vahid enerji etmə gözlənilir.

Hazırda Android cihazlarının əksəriyyəti "USB-C" portu ilə doldurulur. Qulaqlıqları və digər müxtəlif aksessuarları olan yeni noutbuklar da eyni yuvadan istifadə edirlər. Bu tənzimləmənin xüsusilə Apple -a təsir edəcəyi gözlənilir. "Apple" smartfonların bəzi tabletlərində və qulaqlıqlarında “lightning” adlı fərqli girişdən istifadə edilir. Şirkət yeni "iPad" və noutbuklarında "USB-C" girişinə üstünlük verir. Apple vahid girişin yeniliyə zərər verəcəyini, elektron tullantıların artacağını və istehlakçını əsəbiləşdirəcəyini iddia edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4020

Oxşar yazılar

Robot insanlara belə hücum etdi - VİDEO

Robot insanlara belə hücum etdi - VİDEO

2 may 2025 , 21:34
Hər kəsin cibinə görə  deyil: Yeni “iPhone”un qiyməti  məlum oldu

Hər kəsin cibinə görə deyil: Yeni “iPhone”un qiyməti məlum oldu

2 may 2025 , 19:20
YouTube  videolarını mətnə necə çevirmək olar? - SADƏ ÜSULLAR

YouTube videolarını mətnə necə çevirmək olar? - SADƏ ÜSULLAR

2 may 2025 , 13:03
"Wi-Fi" sürətini  necə yaxşılaşdırmaq olar? - Altı asan yol

"Wi-Fi" sürətini necə yaxşılaşdırmaq olar? - Altı asan yol

2 may 2025 , 12:00
Bu markanın milyonlarla telefonu  fəaliyyətini dayandıracaq - XƏBƏRDARLIQ

Bu markanın milyonlarla telefonu fəaliyyətini dayandıracaq - XƏBƏRDARLIQ

2 may 2025 , 10:50
"WhatsApp"da ilk yaşandı

"WhatsApp"da ilk yaşandı

2 may 2025 , 07:54
"Skype" tarixə qovuşur

"Skype" tarixə qovuşur

1 may 2025 , 23:59
Ən böyük smartfon istehsalçısı  AÇIQLANDI

Ən böyük smartfon istehsalçısı AÇIQLANDI

1 may 2025 , 15:08