Windows 11-də daha bir YENİLİK
13 mart 2022 10:46 (UTC +04:00)

Windows 11-də daha bir YENİLİK

 Paint və Notepad Windows əməliyyat sisteminin yeganə ştat tətbiqləri deyillər.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, sözügedən tətbiqlərdən əlavə olaraq Windows-un tərkibinə həmçinin müxtəlif multimedia alətləri daxildir və Microsoft yaxın zamanda onlardan birini təkmilləşdirəcək. Söhbət, videoların redaktə edilməsi üçün nəzərdə tutulmuş tətbiqdən gedir. Yaxın zamanda primitiv Gallery funksiyalarının əvəzinə təkmilləşdirilmiş proqram alətləri istifadəyə veriləcək. Clipchamp adlı tətbiq artıq Windows 11 Insider Preview Build 22572 test versiyasında istifadəyə verilib.

 Sözügedən tətbiq videoların redaktə edilməsi məsələsində əsas tapşırıqların yerinə yetrilməsi üçün sadə interfeys təqdim edir. Lakin buna baxmayaraq tətbiq daha professional videoredaktorların da bəzi funksiyalarını özündə birləşdirir. Tətbiqdə reallaşdırılmış əsas yeniliklərdən biri zaman şkalasınn inteqrasiyasıdır. Həmin zaman şkalası sayəsində videonun ayrı-ayrı hissələrinin dəqiq korreksiyasını reallaşdırmaq mümkün olacaq. Əsas alətlərdən (kəsmə, bölmə, keçidlər və animasiyalı mətnlər) əlavə olaraq Clipchamp tətbiqi Microsoft-un digər platformalarının üstünlüklərindən də istifadə edə bilir.

Tətbiq videoların səsləndirilməsi üçün Azure əsaslı xüsusi generatoru dəstəkləyir. Həmin generator isə öz növbəsində mətnləri şifahi nitqə çevirir. Bundan əlavə olaraq tətbiq OneDrive inteqrasiyasına sahibdir və onun vasitəsilə lazımi materialları buludda saxlamaq olar. Qeyd etmək lazımdır ki, Windows 11-də istifadəyə veriləcək daha bir yeni tətbiq Microsoft Family olacaq. Onun sayəsində valideynlər öz ailə üzvlərini arzuolunmaz kontentlərdən qoruya və Microsoft Edge brauzerində səhifələrin baxılmasını məhdudlaşdıra biləcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3771

Oxşar yazılar

Robot insanlara belə hücum etdi - VİDEO

Robot insanlara belə hücum etdi - VİDEO

2 may 2025 , 21:34
Hər kəsin cibinə görə  deyil: Yeni “iPhone”un qiyməti  məlum oldu

Hər kəsin cibinə görə deyil: Yeni “iPhone”un qiyməti məlum oldu

2 may 2025 , 19:20
YouTube  videolarını mətnə necə çevirmək olar? - SADƏ ÜSULLAR

YouTube videolarını mətnə necə çevirmək olar? - SADƏ ÜSULLAR

2 may 2025 , 13:03
"Wi-Fi" sürətini  necə yaxşılaşdırmaq olar? - Altı asan yol

"Wi-Fi" sürətini necə yaxşılaşdırmaq olar? - Altı asan yol

2 may 2025 , 12:00
Bu markanın milyonlarla telefonu  fəaliyyətini dayandıracaq - XƏBƏRDARLIQ

Bu markanın milyonlarla telefonu fəaliyyətini dayandıracaq - XƏBƏRDARLIQ

2 may 2025 , 10:50
"WhatsApp"da ilk yaşandı

"WhatsApp"da ilk yaşandı

2 may 2025 , 07:54
"Skype" tarixə qovuşur

"Skype" tarixə qovuşur

1 may 2025 , 23:59
Ən böyük smartfon istehsalçısı  AÇIQLANDI

Ən böyük smartfon istehsalçısı AÇIQLANDI

1 may 2025 , 15:08