Turistlər üçün  ən təhlükəsiz   AVROPA ŞƏHƏRLƏRİ
20 iyun 2024 14:56 (UTC +04:00)

Turistlər üçün ən təhlükəsiz AVROPA ŞƏHƏRLƏRİ

Başqa bir ölkəyə səyahət planlaşdırarkən, mümkün qədər çox müsbət təəssürat və emosiyalar əldə etmək, maraqlı yerləri gəzmək, gözəl mənzərələrdən həzz almaq istəyirsiniz. Lakin bunlarla yanaşı sizi həmin ölkələrin təhlükəsizliklə bağlı tədbirləri narahat edir. Mütəxəssislər turistlərin özlərini sakit hiss edə biləcəyi Avropa şəhərlərinin siyahısını hazırlayıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, reytinqin lideri Kopenhagen (Danimarkanın paytaxtı) olub, şəhər sakinlərinin 87 faizi özünü təhlükəsiz hiss etdiyini, 100 faizi isə həyatlarından razı olduğunu bildirib.

Amma bu təəccüblü deyil, çünki Danimarka dünyanın ən xoşbəxt ölkələri siyahısında ikinci yerdədir. Aİ-nin ən təhlükəsiz şəhərləri reytinqində növbəti yerdə İspaniyanın Ovyedo şəhəri qərarlaşıb. Səyahətçilər gözəl təbiətə və min illik tarixə görə buraya gəlməyi sevirlər. Sakinlərinin 87 faizindən çoxu özlərini tamamilə təhlükəsiz hiss etdiklərini söyləyib. 

Üçüncü yerdə isə Aİ-nin ən aşağı qiymətə malik paytaxtı Lyublyana (Sloveniya) qərarlaşıb. Yerli sakinlərin 87 faizindən çoxu gecələr küçələrdə gəzməkdən qorxmadıqlarını və özlərini sakit hiss etdiklərini bildiriblər. 

Siyahıda sonrakı yerləri Bialystok (Polşa) və Qroningen (Hollandiya) şəhərləri tutur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2619
avatar

Fidan İlqar

Oxşar yazılar