Minlərlə azyaşlı qız ərə verildi
17 mart 2021 19:39 (UTC +04:00)

Minlərlə azyaşlı qız ərə verildi

Cənub-Şərqi Asiya və Sakit okean regionunda minlərlə azyaşlı qız iqtisadi yük hesab edildiyindən ərə verilib.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, bu, Plan International Australia şirkətinin araşdırması nəticəsində ortaya çıxıb. 

Tədqiqat müəlliflərinin fikrincə, uşaqlarla evliliklər əsasən bir səbəbə görə edilir: sanki qızlar onları qidalandırmaq üçün çox pula ehtiyac duyurlar, buna görə böhran dövründə - məsələn, COVID-19 pandemiyası fonunda iqtisadi tənəzzül səbəbindən onları erkən ərə verilirlər.

Save the Children təşkilatının 2020-ci illə bağlı hesablamasına görə, yaxın 4 ildə Cənub-Şərqi Asiya və Sakit okean regionunda minimum 250 min yeniyetmə qız vaxtından əvvəl məcburi nikahla üzləşəcək. 


 

# 3342
avatar

Oxşar yazılar